Ərdoğan: "Ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiqləyəcəm"

Ərdoğan: "Ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiqləyəcəm"
# 07 avqust 2016 21:36 (UTC +04:00)

Bakı-APA. Ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə bəyan edib.

“Bugünkü tədbirdə siyasi partiyaların rəhbərləri də iştirak edir. Bu ölkədə hakimiyyət qeyd-şərtsiz xalqa məxsusdur. Xalq isə ölüm hökmünün tətbiqinin tərəfdarıdır. Məsələyə Türkiyə Böyük Millət Məclisi baxmalıdır. Əgər parlament bu tələbi dəstəkləsə, bundan sonra atılacaq addım bəllidir. O zaman mən ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm. Xalq öz sözünü deyib. Güman edirəm ki, siyasi partiyaların qərarı da müvafiq olacaq”, deyə Ərdoğan bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR