Rio de Janeyroda polislə etirazçılar arasında toqquşma baş verib

Rio de Janeyroda polislə etirazçılar arasında toqquşma baş verib
# 06 avqust 2016 03:27 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Rio de Janeyroda şəhərində Yay Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində etiraz aksiyası keçirilib

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, yüzlərlə nümayişçi “Marakana” stadionunun yaxınlığında korrupsiya və Olimpiya Oyunları-2016-ya böyük vəsaitin xərclənməsinə etirazlarını bildirib.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Rio de Janeyronun “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR