Xızıda baş verən yol qəzasında 1 nəfər ölüb

Xızıda baş verən yol qəzasında 1 nəfər ölüb
# 08 avqust 2016 11:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xızı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də saat 19 radələrində Xızı rayonunun Şuraabad kəndində kənd sakinləri Nəriman Quliyevin və Elşən Nağızadənin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

 

Nəticədə hər iki sürücü, habelə N.Quliyevin sərnişini, həmkəndlisi Rəşad Bayramov, E.Nağızadənin isə 2 sərnişini xəstəxanaya yerləşdirilib, R.Bayramov orada ölüb.

 
Xızı RPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR