Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Bayraq yürüşü” keçiriləcək.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçiriləcək yürüşdə Təhsil Nazirliyinin, tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.