Gələn həftə Lavrov və Kerri arasında görüş keçiriləcək

Gələn həftə Lavrov və Kerri arasında görüş keçiriləcək
# 13 yanvar 2016 23:51 (UTC +04:00)

Bakı-APA. Gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Con Kerri arasında ikitərəfli görüş keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qennadiy Qatilov bəyan edib.

Onun sözlərinə görə, tərəflər müxtəlif məsələləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Qennadiy Qatilov yanvarın 13-də Cenevrədə keçirilən Suriya üzrə beynəlxalq görüşdə Rusiyanı təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR