Hindistanda yaşayış binası uçub, ölənlər var

Hindistanda yaşayış binası uçub, ölənlər var
# 07 avqust 2016 19:27 (UTC +04:00)

Bakı-APA. Hindistanın Bhivandi şəhərində yaşayış binası uçub.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər ölüb. Polisin məlumatına görə, dağıntılar altında insanların qaldığı ehtimal edilir.


Məlumata görə, bina qəzalı vəziyyətdə olub. Hadisə yerində xilasedici işlər davam edir.


Qeyd edək ki, iyulun 31-də Bhivandi şəhərində 3 mərtəbəli yaşayış evinin uçması nəticəsində 8 nəfər həyatını itirmişdi. Bhivandı Mumbay şəhərindən 20 km şimal-şərqdə yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR