Panama yığma komandasının futbolçusu öldürülüb

Panama yığma komandasının futbolçusu öldürülüb
# 16 aprel 2017 07:07 (UTC +04:00)

Panama yığma komandasının yarımmüdafiəçisi Amilkar Enrikes Nuevo-Kolonda evi yaxınlığında güllələnərək öldürülüb.

 

APA-nın “Daily Mirror” nəşrinə istinadən verdiyi məlumata görə, bir neçə güllə yarası alan 33 yaşlı futbolçu xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

Hadisə zamanı yaralanan Jozemar Pedro və Delano Vilson da xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, A. Enrikes 2005-ci ildən milli komandada çıxış edir. İndiyə qədər 75 oyunda iştirak edən futbolçu sonuncu dəfə bu il martın 28-də ABŞ yığması ilə görüşdə meydana çıxıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR