Rusiya XİN: İŞİD silahı yerə qoysa belə, onlarla danışığa getməyəcəyik

Rusiya XİN: İŞİD silahı yerə qoysa belə, onlarla danışığa getməyəcəyik
# 30 sentyabr 2016 09:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Əgər silahı yerə qoysalar belə, Rusiya İŞİD və "Cəbhət ən -Nüsra" qruplaşmaları ilə heç bir əlaqəyə və danışığa getməyəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib.

"Bunlar terrorçu qruplaşmalardır. Onlarla biz heç bir əlaqəyə getməyəcəyik. Terrorçuların hüquqları və ilkin şərtlər barədə heç vaxt müzakirələr olmayacaq. Rusiya onlarla heç bir danışığa getməyəcək", - deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR