Bakıda keçiriləcək Beynəlxalq Müdafiə sərgisinin müddəti uzadılıb

Bakıda keçiriləcək Beynəlxalq Müdafiə sərgisinin müddəti uzadılıb
# 08 avqust 2016 15:03 (UTC +04:00)

Bakı - APA. Sentyabr 27-30-da Bakıda “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” (CEO) şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edir, Müdafiə Nazirliyi isə sərgiyə dəstək verir.

CEO-dan APA-ya verilən məlumata görə, müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan “ADEX” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq.

İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya edib. 2016-cı ildə sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlər var.

Xarici ölkələrdən onlarla rəsmi nümayəndə heyətinin ziyarət edəcəyi sərginin mühüm cəhəti ölkə rəhbərliyi tərəfindən dövlət dəstəyinin göstərilməsidir.

Beynəlxalq nümayəndə heyətləri, habelə xarici şirkətlər tərəfindən “ADEX 2014” sərgisinə göstərilən böyük maraq nəzərə alınaraq 2016-cı ildə sərginin iş müddəti 4 günə qədər uzadılıb.

Artıq 150-dən çox şirkət “ADEX 2016” sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya edib. 2016-cı ildə sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlər var.

Sərginin qeydiyyat sponsoru Türkiyə Müdafiə Sənayesi Katibliyidir.

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər. Belə ki, sərginin informasiya dəstəyi aparıcı ixtisaslaşmış jurnallar, veb-saytlar və informasiya agentlikləri tərəfindən təmin olunur. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane's Defence Weekly” dərgisi, Rəsmi Gündəlik "Onlayn" Sərgi Xəbərləri isə Belçikanın “Army Recognition” saytıdır. “Azeri Defence” jurnalı sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.

Sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.

Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir. “ADEX 2016” sərgi ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün mühüm platformaya çevriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR