Şirkət rəhbərinə qarşı külli miqdarda dələduzluq edən şəxs məhkəmədə pulun bir hissəsini ödəyib

Şirkət rəhbərinə qarşı külli miqdarda dələduzluq edən şəxs məhkəmədə pulun bir hissəsini ödəyib
# 10 may 2017 14:20 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyevin cinayət işi üzrə növbəti məhkəmənin növbəti iclası keçirilib.

 

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili dəymiş ziyanla bağlı zərərçəkmiş Arif Həsənova 1000 dollar və 3600 manat ödəmək istədiklərini bildirib.

 

Zərərçəkmiş A.Həsənov isə bu təkliflə razılaşmayıb və N. Quliyevə 87 min dollar pul verdiyini deyib. Onun sözlərinə görə, bu puldan 50 min manat qaytarılsa da, 37 min manat hələ də qalıb.

 

Bundan sonra prosesdə qısa fasilə elan edilib. Fasilə zamanı təqsirləndirilən şəxsin yaxınları zərərçəkmişə 1000 dollar və 3600 manat ödəyiblər.

 

Fasilədən sonra məhkəmə prosesi davam etdirilib. Zərərçəkmiş A.Həsənov məbləği aldığını məhkəmənin diqqətinə çatdırıb. O, məhkəmədən mülki iddianın təmin olunmasını da xahiş edib.

 

 

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib.

 

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

 

 

Proses mayın 22-də davam etdiriləcək.

 

 

İttihama görə, N. Quliyev özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı, gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə həmin cəmiyyətin direktoru Arif Həsənovla görüşüb. Ona guya gəmi təmiri sahəsində işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olduğunu deyərək, gəmi və tərsanə tapmaqla müəssisəni işlədib pul qazanacağına inandırıb. Bu məqsədlə A.Həsənovun etibarından sui-istifadə edərək onu aldadıb və 87 min manat pulunu ələ keçirməklə dələduzluq edib.

 

A.Həsənov məhkəmədə ifadəsində deyib ki, Akif Çovdarov və adamları ona hədə-qorxu gələrkən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyev ona kömək edəcəyini deyib. O isə buna görə, N.Quliyevə 87 min manat pul verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR