Hillari Klinton 5 ştatda ilkin seçkilərin qalibi olub

Hillari Klinton 5 ştatda ilkin seçkilərin qalibi olub
# 02 mart 2016 02:30 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə namizəd, sabiq dövlət katibi Hillari Klinton Virciniya, Corciya, Alabama və Tennesi ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

NBC telekanalın məlumatına əsasən, H.Klinton həmçinin Massaçusets ştatında da qələbə qazanıb.

Onun Demokrat partiyasından olan əsas rəqibi Berni Sanders isə doğma Vermont ştatında irəlidədir.

Adıçəkilən ştatlarda seçki dairələri Bakı vaxtı ilə saat 04:00 bağlanıb.

Qeyd edək ki, “Böyük çərşənbə axşamı” ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR