ABŞ-da 2017-ci ilin ən yaxşı avtomobili elan olunub

ABŞ-da 2017-ci ilin ən yaxşı avtomobili elan olunub
# 13 aprel 2017 02:09 (UTC +04:00)

Nyu-Yorkda keçirilən beynəlxalq avtomobil sərgisində dünyanın ən yaxşı avtomobili elan olunub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə,  sərgi çərçivəsində keçirilən «İlin ümumdünya avtomobili» müsabiqəsində 2017-ci ilin ən yaxşı avtomobili “Jaguar F-Pace” elan olunub.

 

Bu model « Audi Q5» və «Volkswagen Tiguan» avtomobillərini arxada qoyub. Həmin modellər müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.

 

Qeyd edək ki, ötən ilin ən yaxşı avtomobili nominasiyasında “Mazda MX-5” qalib elan olunmuşdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR