EBRD Azərbaycan üzrə proqnozunu dəyişib

EBRD Azərbaycan üzrə proqnozunu dəyişib
# 10 may 2017 11:48 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 0,5% azalacağını proqnozlaşdırır. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə EBRD-nin "Regional Economic Prospects" adlı hesabatında deyilir.

 

Ötən ilin noyabr ayında EBRD 2017-ci il Azərbaycanda ÜDM-in 1% artacağını proqnozlaşdırıb.

 

"Cari ilin birinci rübündə Azərbaycanda ÜDM 0,9% azalıb. Bununla yanaşı, hesabat dövründə qeyri-neft sektoru 2,4% böyüyüb", - deyə hesabatda vurğulanıb.

EBRD-nin proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM 2% artacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR