Hava küləkli olacaq, rayonlara qısamüddətli yağış yağacaq

Hava küləkli olacaq, rayonlara qısamüddətli yağış yağacaq
# 18 sentyabr 2016 10:00 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturunun gecə  17-20° isti, gündüz  25-29° isti, Bakıda gecə  18-20° isti, gündüz  26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində  760  mm  civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.          

 

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 19-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz  15-20° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR