Tibb Universitetinin iki klinikasının rəhbərliyində dəyişiklik olub

Tibb Universitetinin iki klinikasının rəhbərliyində dəyişiklik olub
# 05 sentyabr 2016 13:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib.

ATU-dan APA-ya verilən xəbərə görə, yeni direktor, professor, tibb elmləri doktoru Surxay Hadıyev klinikanın kollektivi ilə tanış olub.

Professor Surxay Hadıyev bildirib ki, klinikanın heyəti ilə birlikdə bütün çətinliklərin öhdəsindən gələcək və klinikanın daha da inkişafı üçün çalışacaq. Direktor onu da qeyd edib ki, klinikanın hər bir şöbəsi ilə yaxından maraqlanacaq və bütün təkliflər birlikdə müzakirə olunacaq.

Daha sonra baş həkim Asiman Həsənov görülən işlərdən danışıb və qeyd edib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında hər cür şərait, əməliyyat bloku və palatalar mövcuddur.

ATU-nun Tədris Terapevtik Klinikasında da kadr dəyişikləri olub. Belə ki, nefroloq Elnur Fərəcov klinikaya yeni baş həkim təyin olunub.

ATU Tədris Terapevtik Klinikasının direktoru vəzifəsini isə Könül Xəlilova icra edəcək.

Qeyd edək ki, bu gün ATU-nun Tədris Terapevtik Klinikasında yeni tədris ilinə həsr olunmuş iclas keçirilib.

Klinikanın direktoru Könül Xəlilova bildirib ki, klinikada xəstələrin rahatlığını təmin etmək üçün və həm də onlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək üçün yeni işlər görülür: “Burada yüksək səviyyəli tibbi təhsilə nail olmaq, həkim-mütəxəssislər hazırlamaq professor-müəllim heyətinin üzərinə düşən əsas işlərdən biridir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR