Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 Avqust
# 16 avqust 2016 18:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

15 iyulu Türkiyə tarixinin dönüş nöqtəsi hesab etsək, ölkənin ən yeni tarixinin önəmli hadisələrindən biri bu gün gerçəkləşib. Prezident Ərdoğanın Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu ilə görüşü bir neçə baxımdan maraq doğurur. 2013-cü ildən bəri bu iki şəxsin ulduzları heç cür barışmayıb. Mətin Feyzioğlu qırmızı xəttin bir tərəfində, prezident Ərdoğan digər tərəfində yer alıb. Bir-birini sevmədiklərini gizlətməyən bu şəxslərin rəsmi toplantılarda söz duelləri zamanında sosial şəbəkələrdə rekord sayda izlənib. Bu gün ulduzlar barışıb, prezident Vəkillər Kollegiyasının sədrini görüşə çağırıb, görüşün baş tutmasında ədliyyə naziri vasitəçilik edib. Görüşdən sonra hər iki tərəfin tutduqları mövqeyə görə bir-birinə təşəkkür etməsi də yəqin ki izlənmə rekordları müəyyənləşdirəcək. Feyzioğlu Türkiyə miqyasında önəmli və qəbul edilən şəxsdir, o on minlərlə vəkilin birləşdiyi quruma rəhbərlik edir. Türkiyə hökumətinə cəmi beş saat rəhbərlik etmiş Turhan Feyzioğlunun nəvəsi olan bu şəxsin Avropa və ABŞ-da ciddi lobbiçilik fəaliyyəti mövcuddur. Prezidentin Feyzioğlu açılımını elə bu iki şərt diktə edir. Ölkədə 1980-ci ildən sonra ən irimiqyaslı həbslər həyata keçirilir, Türkiyə hökuməti prosedurun sırf qanunların tələbi əsasında keçirilməsində maraqlıdır. Çünki bunun əksi onsuz da 15 iyulda Türkiyənin yanında olmayan Qərbin əlinə yeni bəhanələr verə bilər. Bu baxımdan vəkillərin üzərinə böyük iş düşür və Mətin Feyzioğlunun prosesə nəzarəti Qərbi əlavə bəhanə qazanmaq imkanından məhrum edəcək. İkincisi, Feyzioğlunun ABŞ və Avropanın nüfuzlu Vəkillər Kollegiyası kimi qurumları ilə yaxın əlaqələri lobbiçilik fəaliyyətinə imkan verir, indiki dönəmdə bu imkanlar Türkiyəyə hava-su kimi lazımdır.

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR