Moldovada korrupsiya ittihamı üzrə 7 nəfər saxlanılıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Moldovanın Milli Korrupsiya Əleyhinə Mübarizə Mərkəzinin mətbuat katibi Ancela Starinski məlumat verib. O bildirib ki, hökumət daxilində və digər dövlət qurumlarında axtarışlar davam edir: “Saxlanılan 7 nəfər bəzi iqtisadi agentlərin xeyrinə qanunsuz tenderlər təşkil etməklə korrupsiya faktında ittiham olunurlar. Hazırda ölkə üzrə 60-dan çox yaşayış məntəqələrində axtarışlar aparılır. Bu işlərdə merlərin, bir sıra şirkətlərin nümayəndələrinin, təhsil müəssisələrinin direktorlarının, həmçinin dövlət idarəçiliyi orqanlarında bir sıra məmurların adları çəkilir”.