AMEA Təhsil Nazirliyinin xahişinə müsbət cavab verib

AMEA Təhsil Nazirliyinin xahişinə müsbət cavab verib
# 12 oktyabr 2016 15:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyinin təklifinə müsbət cavab verib.

APA-nın xəbərinə görə, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov Elmi Müəssisələrinin Direktorları Şurasının iclasında bildirib ki, Təhsil Nazirliyi SABAH qruplarında təhsil alan 1600 tələbənin AMEA institutlarında təcrübə keçməsini xahiş edib.

Onun sözlərinə görə, artıq AMEA rəhbərliyi tərəfindən bu məsələyə müsbət cavab verilib: “AMEA institutları SABAH qruplarında təhsil alan 340 tələbənin təcrübəsini təşkil etməyə hazırdır. Artıq tələbələrin təcrübə keçəcəkləri 340 yer barədə məlumat və AMEA prezidentinin onları qəbul etməyə hazır olması barədə razılıq məktubu Təhsil Nazirliyinə göndərilib. Hazırda Təhsil Nazirliyinin cavabını gözləyirik. Təcrübə pulsuz və sərbəst qaydada həyata keçiriləcək, onlar istədikləri laboratoriyaya qəbul ola bilərlər. Təcrübə yay fəsli istisna olmaqla, bütün tədris ili ərzində həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR