Gəlinini öldürən şəxsə hökm oxunub

Gəlinini öldürən şəxsə hökm oxunub
# 22 yanvar 2016 11:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini qətlə yetirməkdə təqsirləndirilən 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 25-də Qusar rayon sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 38 yaşlı gəlini Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə atəş açaraq öldürüb.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR