2016-cı ildə Almaniyaya 500 min qaçqının gələcəyi gözlənilir

2016-cı ildə Almaniyaya 500 min qaçqının gələcəyi gözlənilir
# 23 yanvar 2016 00:37 (UTC +04:00)

Bakı-APA. 2016-cı ildə Almaniyaya 500 min qaçqının gələcəyi gözlənilir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin başçısı Frank-Yurgen Vayze bəyan edib.

“2016-cı ildə Almaniyaya təxminən 500 min qaçqın gələ bilər”, deyə F-Y.Vayze bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Bundestaqda XDİ/XSİ fraksiyasının deputatları kansler Angela Merkeldən siyasi sığınacaq almağa hüququ olmayanları ölkəyə buraxmamağa çağırıb.

Xatırladaq ki, 2015-ci ildə Almaniyaya 1 milyon 100 minə yaxın miqrant gəlib. Hazırda Avstriya ilə sərhəddən ölkəyə gündə təxminən 4 min nəfər keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR