Dövlət Gömrük Komitəsinin xətti ilə dekabrda dövlət büdcəsinə 201 mln. manat daxil olub

Dövlət Gömrük Komitəsinin xətti ilə dekabrda dövlət büdcəsinə 201 mln. manat daxil olub
# 15 yanvar 2016 10:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin dekabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 200 805,7 min manat təşkil edib.

"APA-Economics"in DGK-yə istinadən verdiyi xəbərə görə, bu göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə 68 mln. 769,97 min manat və ya 52,08% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 36 000,77 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 154 085,9 min manat, aksizlər üzrə 8 483,23 min manat, yol vergisi üzrə isə 2 235,8 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR