Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrlik etdiyi hazırlıq iclasında qərar qəbul edilib.
Hakim istintaq zamanı kobud qanun pozuntusuna yol verildiyini deyib. Buna görə işin yenidən ibtidai istintaqa qaytarılması haqqında qərar qəbul edilib. Bundan əlavə istintaqı aparan müstəntiqin barəsində də xüsusi qərar çıxarılıb. Bu isə zalda olan zərərçəkmiş şəxslərin narazılığına səbəb olub. Onlar dəymiş ziyanın ödənilməsini istəyiblər.
Qeyd edək ki, N. Baxışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur. O, məhkəmələrdə hüquqi nümayəndə kimi iştirak edib. N. Baxışova özünü vəkil kimi təqdim edib. İş üzrə 20-yə qədər zərərçəkmiş var.