Şamaxıda avtobusun aşması nəticəsində xəsarət alan ərəb turistlərin adı açıqlanıb - YENİLƏNİB

Şamaxıda avtobusun aşması nəticəsində xəsarət alan ərəb turistlərin adı açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 30 avqust 2016 14:37 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı-İsmayıllı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 7 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ərəb turistləri Qəbələdən Bakıya aparan avtobus Şamaxı ərazisində aşıb. Bakı sakini Əhməd Rüstəmovun idarə etdiyi mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində İraq vətəndaşları - 1960-cı il təvəllüdlü Fatimə Casim, 1969-cu il təvəllüdlü Ömər, 1961-ci il təvəllüdlü Hüseyn, 1976-cı il təvəllüdlü Abbas Yusif, Rəvay Asir və Əhməd adlı şəxslər, eləcə də sürücünün azyaşlı oğlu, Bakı sakini Rüstəmov Rüfət Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra zərərçəkənlər müalicə üçün Bakıya göndərilib.

Hadisə zamanı mikroavtobusda olan daha 7 turist xəsarət almasa da, həkim müayinəsindən keçirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

16:04

Bakı. Şəhriyar Əlizadə - APA. Şamaxı rayonu ərazisində avtobusla yük maşını toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 29-da axşam saatlarında rayon ərazisində avtobusla yük maşınının toqquşması nəticəsində avtobusda olan 16 nəfərdən 3-ü xəsarət alıb.

Onlara xəstəxanada tibbi yardım göstərilib. Avtobusdakıların bir neçəsinin ərəb turist olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR