Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 oktyabrda Sabirabad rayonunda vətəndaş qəbulu keçirəcək.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbulda yalnız Sabirabad, Şirvan, Hacıqabul, Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349);
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (02121) 5-52-45, (02123) 5-62-47