BANM Anqola şirkəti ilə əməkdaşlıq edəcək

BANM Anqola şirkəti ilə əməkdaşlıq edəcək
# 25 iyul 2016 09:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda səfərdə olan Anqolanın “Sonangol Hidrocarbonetos İnternacional” şirkətinin prezidenti Frederiko Ferraz Dominqos və həmin şirkətin vitse-prezidenti xanım Filomena Santos Oliveira Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və tələbələrlə görüşüblər.

BANM-dən APA-ya bildirilib ki, Elmar Qasımov ölkələr arasında təhsil sahəsində əməkdaşlığın vacibliyindən söz açıb. Rektor Ali Məktəbdə mühəndis kadrların hazırlanmasında görülən işlərdən danışaraq, bu ali təhsil ocağını ölkəmizin digər ali təhsil müəssisələrindən fərqləndirən xüsusiyyətlərdən danışıb. O, tələbələrin həm SOCAR-ın müəssisələrində, həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini diqqətə çatdırıb. Rektor BANM-in əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək onların Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Frederiko Ferraz Dominqos vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edərək, yenidən Bakıda olmağından böyük məmnunluq duyduğunu söyləyib. O, aradan keçən 20 ildən artıq bir müddətdə Bakının dəyişib gözəlləşdiyini və əsl Avropa şəhərinə çevrildiyini vurğulayıb. Frederiko Ferraz Dominqos rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib, şirkətin Anqola daxilində, habelə digər ölkələrdə həyata keçirdiyi layihələr barədə söz açıb. O, şirkət daxilində fəaliyyət göstərən “Sonangol Academy” ilə BANM-in əlaqələrinin qurulması imkanlarından danışıb.

Görüşün sonunda Frederiko Ferraz Dominqosa BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR