"Parabank" əmanətçilər qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün plan hazırlayır

"Parabank" əmanətçilər qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün plan hazırlayır
# 31 oktyabr 2016 08:12 (UTC +04:00)

Cari ilin noyabr ayının 29-da "Parabank" ASC-nin səhmdarlarının növbədənkənar ümum yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, iclasın gündəliyinə əmanətçilər, kredit təşkilatları qarşısında öhdəliklərin yerinə yetirilməsi ilə bağlı planın tərtib olunması daxildir.

Bununla yanaşı, səhmdarlar "Parabank"ın bank olmayan kredit təşkilatına transformasiyası ilə bağlı təşkilati məsələləri, o cümlədən rəhbər orqanların müəyyən olunmasını müzakirə edəcəklər.

Sadalanan məsələlərdən başqa yığıncaqda səhmdarlara dividendlərin ödənilməsi də müzakirə predmeti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR