Neftçala. Əlibəy Zeynallı-APA. Neftçalada 20 gün əvvəl itkin düşmüş qadının meyiti axarı olmayan su hövzəsindən aşkar edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Neftçala sakini, 1965-ci il təvəllüdlü İmanova Xoşbəxt Nurəddin qızının meyiti yaxınlıqda yerləşən göldən tapılıb.
Meyit Neftçala rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzində müayinə edilib. İlkin rəyə görə, ölümə səbəb mexaniki asfeksiyadır (suda boğulma əlamətləri). Qadının üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.