Gəncədə ikiqat Azərbaycan çempionunu öldürən şəxs tutulub - YENİLƏNİB-2

Gəncədə ikiqat Azərbaycan çempionunu öldürən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB-2
# 21 fevral 2016 14:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Fevralın 20-də Gəncədə odlu silahla qətl törədən şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.

O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev sosial şəbəkədə E.Cəlilovun ikiqat Azərbaycan çempionu olduğunu yazıb, onun ölümü ilə əlaqədar başsağlığı verib.

***

saat 02.27

Gəncə. Azər Məmmədli - APA. Qətl hadisəsi Gəncənin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında törədilib.

APA-nın qərb bürosu xəbər verir ki, sözügedən ərazidə yerə avtomobil şüşəsinin qırıqları tökülüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətin törədildiyi yerdə araşdırmalar aparırlar.

**** 00.44

Gəncə. Azər Məmmədli - APA. Gəncədə qətlə yetirilən şəxsin kimliyi məlum olub. Məlumata görə odlu silahla qətlə yetirilən Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovdur.

Onun hansı şəraitdə öldürüldüyü hələlik məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***** 00.24

Gəncə. Azər Məmmədli - APA. Gəncədə qətl törədilib. APA-nın verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR