Biləsuvarda yol kənarında külli miqdarda heroin aşkarlanıb

 Biləsuvarda yol kənarında külli miqdarda heroin aşkarlanıb
# 11 aprel 2017 11:37 (UTC +04:00)

Biləsuvar rayonunda yol kənarında 5 kiloqrama yaxın narkotik maddə aşkar edilib.

  

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Səmədabad Polis Bölməsinin  əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat zamanı Biləsuvar və Cəlilabad rayonları arasındakı otlaq sahəsində, köynəyə bükülmüş halda 4 kq 680 qram çəkidə heroin  aşkarlanıb.  

 

Ehtimal olunur ki, həmin narkotik maddə İrandan qaçaq yolla satılmaq üçün Azərbaycana keçirilib. Hazırda polis narkotik maddəni satmaq istəyən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR