Nəcməddin Sadıkov NATO-da keçirilən görüşdə iştirak edib

Nəcməddin Sadıkov NATO-da keçirilən görüşdə iştirak edib
# 21 yanvar 2016 16:12 (UTC +04:00)

Bakı – APA. Azərbaycan müdafiə nazirinin I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələrinin Baş Qərargah rəisləri ilə keçirilən görüşdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N. Sadıkov səfər çərçivəsində NATO Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR