Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib

Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib
# 29 iyul 2016 05:25 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın siyasi ənənələrinə uyğun olaraq, Klinton partiyanın Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı prezidentliyə namizəd olmağa rəsmi razılıq verib.

Qeyd edək ki, qurultay iyulun 26-da Klintonun prezidentliyə namizədliyini rəsmi olaraq təsdiqləyib. ABŞ vitse-prezidenti postuna isə Tim Keynin namizədliyi təsdiqlənib. Hillari Klinton ABŞ tarixində prezident postuna namizədliyi irəli sürülən ilk qadındır.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR