Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhətində yaranmış problemlə əlaqədar Penitensiar Xidmətin istintaq Təcridxanasından məhkəməyə arayış göndərilib.
APA-nın xəbərinə görə, bu barədə A. Çovdarovun vəkili bildirib. Vəkil deyib ki, bu gün məhkəməsi davam edən təqsirləndirilən şəxslərdən Akif Çovdarovdan başqa digərləri məhkəməyə gətirilib.
Proses 12:30-da keçiriləcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov məhkəməyə gətirilməyib. Vəkil bildirib ki, buna səbəb onun səhhətində yaranan problemdir.