Yağışlar nəticəsində bəzi çaylarda sululuq artıb

Yağışlar nəticəsində bəzi çaylarda sululuq artıb
# 10 aprel 2017 10:47 (UTC +04:00)

Ötən günlər ərzində bəzi yerlərdə yağan yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50  faizini təşkil edir.

Aprelin 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 222 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 220 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.

Aprelin 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 22, Salyanda 20, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə isə  7 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 375 sm (2016-cı il aprelin 10-da 428 sm), Şirvanda 241 sm (2016-cı il aprelin 10-da 343 sm), Salyanda 190 sm (2016-cı il aprelin 10-da 267 sm), Bankədə 191 sm (2016-cı il aprelin 10-da 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il aprelin 10-da 135 sm) təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR