Bakı. Fərid Mirzəyev – APA. Sentyabrın 19-da Suriyada atəşkəsin başa çatdığını açıqlayan Bəşər Əsəd rejimi və müttəfiqi Rusiyaya məxsus qırıcılar Hələb şəhərini bombalamaqda davam edir.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Hələb şəhərinin havadan atəşə tutulması nəticəsində son bir sutkada 85, bir həftədə isə 444 nəfər ölüb.
Verilən məlumata görə, Hələbdə yaralıların sayı 585-ə çatıb.