Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb
# 25 oktyabr 2016 07:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 24-ü ilə müqayisədə 0,37% bahalaşaraq 1,6211 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,5% möhkəmlənərək 1,7638 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 14-ü ilə müqayisədə 1,16% bahalaşaraq 0,0261 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,3% möhkəmlənərək 0,5260 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9808 manatdır. Beləliklə, funt sterlinq 0,52%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,04% ucuzlaşaraq 0,6826 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR