Şabranda iribuynuzlu mal-qara arasında xəstəlik yayılıb

Şabranda iribuynuzlu mal-qara arasında xəstəlik yayılıb
# 27 oktyabr 2016 14:30 (UTC +04:00)

Şabran rayonunun Uzunboyad kəndində bir neçə baş heyvan tələf olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, kənd sakinləri xəstəliklərin təxminən 2-3 ay bundan əvvəl yayılmağa başladığını və hazırda da davam etdiyini deyiblər.

Onların bildirdiyinə görə, iribuynuzlu mal-qara bir neçə aydır tövlədən çıxarılmır. Təsərrüfat sahibləri xəstəliyə tutulan heyvanların qidadan kəsildiyini, ayaqlarının tutulduğunu və bədəninin müxtəlif hissələrində şişlərin əmələ gəldiyini bildiriblər.

Uzunboyad kənd sakini Muxtar Ağarəhimovun təsərrüfatında xəstəliklərdən 3 baş heyvan tələf olub. Təsərrüfatçıların sözlərinə görə, bu hala tək Uzunboyadda deyil, rayonun başqa kəndlərində də rast gəlmək olur.

Şabran Rayon Baytarlıq İdarəsindən isə bildiriblər ki, bütün kəndlərdə xəstəliklərə qarşı profilaktik tədbirlər görülüb, təsərrüfat sahibləri tərəfindən edilən müraciətlərə operativ reaksiya verilib.

Şabran Rayon Baytarlıq İdarəsinin rəisi Nizaməddin Əliyev qeyd edib ki, heyvanlar arasında ciddi infeksion xəstəliklər yoxdur: “Mövsümi xarakter daşıyan mikrobakterioz kimi xəstəliklər baş verə bilər. O da vətəndaşlar müraciət etdiyi andan biz heyvanların müalicəsi ilə məşğul oluruq”.

Baytarlıq İdarəsinin rəisi qeydə alınan hər hansı xəstəlik barədə dərhal sahə baytarlarına məlumat verməyi tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR