Azərbaycan Belarusda keçiriləcək teatr festivalında iştirak edəcək

Azərbaycan Belarusda keçiriləcək teatr festivalında iştirak edəcək
# 17 avqust 2016 08:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 9-14-də Brest şəhərində XXI “Belaya veja” Beynəlxalq Teatr Festivalı keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumata görə, festivalda 17 ölkədən, o cümlədən Azərbaycandan 27 teatr kollektivi iştirak edəcək.

Səkkiz dildə təqdim ediləcək tamaşalar şəhərin beş səhnəsində oynanılacaq. Builki “Belaya veja” festivalı janr müxtəlifliyi ilə fərqlənəcək.

Festivalda dram, müzikl, rok opera, fantasmaqoriya, uydurma pritça, qotik triller oyunu, məktəb kvesti, forma teatrı, monotamaşalar, küçə, xoreoqrafiya quruluşları təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR