Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Azərbaycanda qazlaşdırma səviyyəsi 100%-ə çatdırılan rayonların adları açıqlanıb.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir: "Görülmüş işlər nəticəsində Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan, Şirvan şəhərlərində, Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonları üzrə qazlaşma səviyyəsi 100%-ə çatdırılıb. Digər rayonların tam qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir".