Bakı-APA. ABŞ prezidenti Barak Obama ölkənin Kubaya son 50 ildə ilk səfiri postuna Ceffri Delorentisin namizədliyini təklif edib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Ceffri Delorentis hazırda ABŞ-ın Kubada müvəqqəti işlər müvəkkili vəzifəsini icra edir. ABŞ qanunvericiliyinə görə, prezidentin səfir postuna irəli sürdüyü namizəd Senat tərəfindən təsdiqlənməlidir.