Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var

Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var
# 25 yanvar 2016 12:05 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayonunun Quzanlı qəsəbəsində yol-nəqliyyat qəzası baş verib.

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsindən APA-ya verilən məlumata görə, Ağdam rayon sakini Həsənov Həsən Abbas oğlunun idarə etdiyi “VAZ-2107” markalı maşın Soltanov Eldar Məyiş oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobilin yoluna çıxıb və ona çırpılıb. Nəticədə hər iki maşına ciddi ziyan dəyib.

E. Soltanovun avtomobilində olan sərnişin Cəfərov Bəhruz Ədalət oğlu müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR