Gəncədə qadını öldürüb, bacısını bıçaqlayan şəxs polisə təslim olub

Gəncədə qadını öldürüb, bacısını bıçaqlayan şəxs polisə təslim olub
# 18 avqust 2016 11:52 (UTC +04:00)

Bakı-APA. Gəncə şəhərində arvadını qətlə yetirən, baldızına isə bıçaqla xəsarət yetirən şəxs könüllü olaraq polisə təslim olub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Gəncə şəhərinin Cavadxan qəsəbəsində yaşayan Məhəbbət Vəliyevanın evinə gəlmiş Samux rayon sakini, qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruslan Qurbanov ailə-məişət münaqişəsi zəminində ona və bacısı Nailəyə bıçaqla xəsarət yetirib. M. Vəliyeva hadisə yerində ölüb.

R.Qurbanov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.

Qeyd edək ki, Ruslan Qurbanov arvadı, 1986-cı il təvəllüdlü Məhəbbət Vəliyevanı və baldızı, 1988-ci il təvəllüdlü Naibə Vəliyevanı bıçaqlayıb.

Hər iki qadın xəstəxanaya çatdırılsa da, M. Vəliyevanı xilas etmək mümkün olmayıb.

Naibə Vəliyevaya tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR