Vasif Talıbov: “Cəmiyyətdəki sabitlik təhsilin səviyyəsindən asılıdır”

Vasif Talıbov: “Cəmiyyətdəki sabitlik təhsilin səviyyəsindən asılıdır”
# 22 yanvar 2016 18:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Cəmiyyətdəki sabitlik, ölkənin tərəqqisi və inkişafı məktəbin fəaliyyətindən, təhsilin səviyyəsindən asılıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Naxçıvan Muxtar Resrublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək rayonunun Xəlilli kənd tam orta məktəbinin yeni binasının açılışında söyləyib.

V. Talıbov deyib ki, gənclərin savadlı, dünyagörüşlü və vətənpərvər böyüdülməsi üçün yaradılan şəraitdən düzgün istifadə olunmalıdır. Əgər yaxşı mütəxəssis, müəllim, həkim, əsl vətəndaş hazırlamaq istəyiriksə, ölkəmizin gələcəyini düşünürüksə, onda məktəb işinə xüsusi diqqət yetirməliyik: “Məktəblərdə yaradılan şərait ölkəmizin gələcəyinə xidmət edir. Ona görə də müəllimlər şagirdlərə ölkənin gələcəyi kimi baxmalıdırlar. Muxtar respublikanın ümumtəhsil məktəblərində çalışan müəllimlər diaqnostik qiymətləndirmə zamanı yaxşı nəticələr göstərib, onların əməkhaqqıları artırılıb. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbul olunur, peşə məktəblərində təhsil alır, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq işlərində yaxından iştirak edirlər. Bu da vacib məsələdir. Çünki ölkəmizi gələcəkdə bu gənclər idarə edəcəklər. Həyata keçirilən kompleks quruculuq işləri kəndlə şəhər arasındakı fərqin azalmasına, sakinlərin həyat şəraitinin yaxşılaşmasına və məskunlaşmanın artmasına səbəb olub. Bütün bunlar ölkəmizdəki sabitliyin, dövlət-xalq birliyinin, həyata keçirilən davamlı sosial-iqtisadi islahatların nəticəsində mümkün olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR