Bakı-APA. Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Azərbaycana rəsmi səfəri başa çatıb.
APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Nikolas Maduronu hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin adından Venesuela prezidenti Nikolas Maduronun şərəfinə rəsmi ziyafət verilib.