Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
# 07 oktyabr 2015 10:14 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı V. Putinə ad günü münasibətilə təbriklərini çatdırıb, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya prezidenti göstərilən diqqətə və təbrikə görə İ. Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR