Azərbaycanda iki nəfərin avtomobilinə atəş açan şəxs tutulub

Azərbaycanda iki nəfərin avtomobilinə atəş açan şəxs tutulub
# 08 may 2017 10:06 (UTC +04:00)

Azərbaycanda iki nəfərinin avtomobilini atəşə tutan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən ötən il dekabrın 2-də rayon sakini Sahib Xəlilovun idarə etdiyi “Mercedes” markalı avtomobilə tüfəngdən atəş açmaqda şübhəli bilinən Şüşün kənd sakini Baxış Sadıqov tutulub və hadisə törədilərkən istifadə edilən “TOZ-34” markalı tüfəng götürülüb.
 

Araşdırmalar zamanı həmin gün B.Sadıqovun tüfəngdən atəş açaraq Abşeron rayon sakini Xəqani Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilin şüşəsini sındırması da müəyyənləşib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR