Qurban bayramı günlərində təcilı yardım gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günlərində təcilı yardım gücləndirilmiş iş rejimində çalışacaq
# 06 sentyabr 2016 13:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, bayram günlərində 138 briqada xətdə olacaq.


Baş həkim əlavə edib ki, bayram günlərində təcili yardıma müraciət edən insanların sayı çox olur: “Bu da həmin günlərdə xəstəxana və poliklinikaların işləməməyi ilə bağlıdır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR