İstiqlaliyyət küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

İstiqlaliyyət küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
# 10 fevral 2016 09:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Formula-1" yarışı ilə bağlı paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, su borularının dəyişdirilməsi ilə əlaqədar olaraq 10-11 fevral tarixlərində İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq.

Bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR