Yatsenyuk: "Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan sınaq qatarı bu həftə yola salınacaq"

Yatsenyuk: "Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan sınaq qatarı bu həftə yola salınacaq"
# 13 yanvar 2016 15:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu həftə Rusiyadan yan keçməklə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan sınaq qatarı ilk dəfə olaraq yola salınacaq.

APA-Economics”in “censor.net.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin iclasında Ukraynanın baş naziri Arseni Yatsenyuk deyib. O bildirib ki, hazırda Ukraynanın İnfrastruktur Nazirliyi və "Ukrayna Dəmir Yoları" dövlət şirkətinin nümayəndələri Bakıda danışıqlar aparırlar: “Bu həftə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu üzrə hərəkət edəcək ilk sınaq qatarı yola salınacaq və bu, faktiki olaraq Ukraynanın Rusiya embarqosundan yan keçərək öz məhsullarını tədarük etmək üçün alternativ yol tapmasına imkan verəcək. Mən infrastruktur nazirinə tapşırmışam ki, danışıqlar bitdikdən sonra bizi məlumatlandırsın. Belə başa düşürəm ki, bu görüş cümə gününə planlaşdırılır”.

Baş nazir dəqiqləşdirib ki, bu, Ukraynanın adı çəkilən ölkələrə ixracının siyahısını genişləndirməsinə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR