Tiflisdə Gürcüstanın baş naziri ilə NATO baş katibi arasında görüş keçirilib

Tiflisdə Gürcüstanın baş naziri ilə NATO baş katibi arasında görüş keçirilib
# 07 sentyabr 2016 14:49 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis şəhərində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüşdə Gürcüstanda demokratik islahatlar, parlament seçkilərinə hazırlıq məsələləri, NATO-Gürcüstan münasibətlərinin gücləndirilməsi, əlaqələrin perspektivi əsas müzakirə mövzuları olub.


Baş nazir G. Kvirikaşvili NATO baş katibinin Gürcüstana səfəri münasibətilə ona minnətdarlığını bildirib. Hökumət başçısı bu səfərin Gürcüstana NATO dəstəyinin bir təsdiqi olduğunu vurğulayıb. O, oktyabrda keçiriləcək parlament seçkilərinin demokratik norma və beynəlxalq standartlar çərçivəsində gerçəkləşməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və NATO-nun bu prosesdə roluna xüsusi diqqət yetiriblər.

Görüşdə NATO baş katibinin müavini Aleksandr Verşbou, Qafqaz və Mərkəzi Asiya üzrə NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay, NATO-nun Gürcüstan ofisinin rəhbəri Uilyam Lahue, Gürcüstanın xarici işlər naziri Mixail Janelidze, daxili işlər naziri Georgi Mqebrişvili, ədliyyə və müdafiə nazirləri, Avropa və avroatlantik məkana inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze, Gürcüstanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Maysuradze, hökumət administrasiyasının rəhbəri Nino Kobaxidze və başqa rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Tiflisdə NATO-nun qərarverici orqanı – Şimali Atlantika Şurasının və NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək. İclasda iştirak etmək üçün alyansın baş katibi Yens Stoltenberqin başçılığı ilə ittifaqa üzv ölkələrin NATO qərargahındakı səfirləri Gürcüstana səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR