Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı tədris olunacaq

Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı tədris olunacaq
# 18 avqust 2016 10:14 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Gələn aydan Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunacaq.

Bunu APA-nın İran bürosuna İranın elm, təhqiqat və texnologiya naziri (təhsil naziri) Məhəmməd Fərhadi deyib.

“Universitetlərə bildirmişdik ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tələbə qəbulu üçün imkanları varsa, qəbul elan etsinlər. Təbriz Universiteti bu fənn üzrə tələbə qəbul edə biləcəyini açıqlayıb və hazırda bununla bağlı işlər gedir”, - deyə o vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə məlumatlar İranın Təhsil və Qiymətləndirmə Təşkilatı tərəfindən tələbə qəbulu kitabçalarında bu gündən dərc olunacaq: “Bu fənn üzrə oxumaq istəyən tələbələr həmin kitabçadan qəbulun şərtləri, yerlər və universitetlər haqqında məlumatı əldə edə bilərlər”.

M. Fərhadi bildirib ki, hazırda İran tərəfi Azərbaycanla elmi nümayəndə heyətlərinin mübadiləsinə dair danışıqlar aparır. Onun sözlərinə görə, yaxın vaxtlarda elm sahəsində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etmək üçün qarşılıqlı səfərlər təşkil olunacaq: “Üzərində işləmək istədiyimiz sahələrdən biri də Azərbaycan-İran müştərək təhsil mərkəzlərinin təsis olunmasıdır. Çox sevindirici haldır ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR